...

Cənubi Osetiya müvəqqəti administrasiyasının rəhbəri Atlantika Şurasının işində iştirak edir

Siyasət Materials 24 Sentyabr 2008 14:47 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Cənubi Osetiya müvəqqəti administrasiyasının rəhbəri Dmitri Sanakoyev Atlantika Şurasının işində iştirak edir. Hyu-Yorkda olan Gürcüstan nümayəndə heyətinin üzvlərindən birinin verdiyi məlumata görə, Sanakoyev  ABŞ rəsmi nümayəndələri ilə bir neçə ikitərəfli görüşlər də keçirəcək.

Şuranın iclası Qafqazdakı münaqişələrə həsr edilib.

Sanakoyev jurnalistlərlə söhbətində bildirib ki, onun məqsədi - ictimaiyyəti regiondakı vəziyyətlə tanış etməkdir. "Cənubi Osetiya və Abxaziyanın Rusiya tərəfindən birtərəfli tanınması, heç də orada sülhün bərqərar olması demək deyil, belə ki, hər hansı birtərəfli qərar gərginliyi gücləndirir", - o qeyd edib.

Cənubi Osetiya müvəqqəti administrasiyasının rəhbəri hesab edir ki, qərarı, Gürcüstanın ərazi bütövlüyü ilə bağlı vahid yanaşmanı hazırlamalı olan dünya ictimaiyyəti qəbul etməlidir. 

Xəbər lenti

Xəbər lenti