...

Azərbaycan prezidenti Tovuz şəhərində bir neçə obyektlə tanış olub

Siyasət Materials 24 Sentyabr 2008 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü

Tovuz şəhərində salınmış akademik Zərifə Əliyeva adına parkla tanış olub. Dövlət başçısı parkda səliqə - sahman, sakinlərin istirahəti üçün gözəl şərait yaradıldığını vurğulayıb.

Prezident Tovuz şəhərində idman kompleksinin tikintisi ilə də tanış olub.

Gələn il istifadəyə verilməsi nəzərdə tutulan bu idman kompleksinin sifarişçisi Gənclər və İdman Nazirliyidir. Burada beynəlxalq yarışların keçirilməsi üçün də şərait yaradılacaq.

Dövlət başçısı kompleksin xarici görünüşünün də yüksək səviyyədə olması, tikinti işlərinin keyfiyyətlə aparılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

Xəbər lenti

Xəbər lenti