...

Ermənistan Türkiyənin EBRD-yə üzvlüyünə qarşı qoydugu vetonu götürüb

Siyasət Materials 25 Sentyabr 2008 13:56 (UTC +04:00)
Ermənistan Türkiyənin EBRD-yə  üzvlüyünə qarşı qoydugu vetonu götürüb

Türkiyə, Ankara, 25 sentyabr / Trend , müxbir T.Əliyev/ Ermənistan Türkiyənin Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD) tamhüquqlu üzvlüyünə qarşı qoydugu vetonu götürüb. Bu barədə Türkiyənin Anadolu Agentliyi EBRD-yə istinadən məlumat yayıb.

Türkiyənin, bankın fəaliyyət göstərdiyi ölkələr arasında olmaq arzusu idarə heyətində, Ermənistan istisna olmaqla, yekdilliklə qəbul edilib. Ancaq bankın nümayəndələri bildiriblər ki, bir gün sonra Ermənistan da Türkiyənin tamhüquqlu üzvlüyünü dəstəklədiyini bildirib. 

Avropa Yenidənqurma və İnkişaf Bankının sədri Tomas Mirou qeyd edib ki, Türkiyənin üzvlüyü, Ankara ilə ticari əlaqələri olan və Bankın fəaliyyət göstərdiyi Balkan, Qafqaz və Orta Asiya ölkələri üçün faydalı olacaq.

Türkiyənin tamhüquqlu üzvlüyü ilə baglı yekun qərarın gələn ay qəbul edilməsi gözlənilir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti