...

Azərbaycan prezidenti Sabirabad rayonuna səfər edib

Siyasət Materials 26 Sentyabr 2008 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev cümə günü Saatlı rayonuna səfərini başa çatdırdıqdan sonra Sabirabada səfər edib.

Dövlət başçısı əvvəlcə "Qafqaz AKP" Məhdud Məsuliyyətli Cəmiyyətin Alkapon müəssisəsində olub.

Prezident ayrı - ayrı sexlərdə istehsal prosesini izləyib, hazır məhsul nümunələrinə baxıb.

Dövlət başçısı həmin ərazidəki "Qafqaz MTZ" Məhdud Məsuliyyətli Cəmiyyətinin lift zavodu ilə də tanış olub.

Prezident istehsal, liftin ayrı - ayrı hissələrinin yığıldığı sexləri gəzib, müxtəlif sərnişin və yük liftlərinin nümunələri ilə tanış olub.

İlham Əliyev, həmçinin, Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib və şəhərdə Heydər Əliyev Muzeyinin açılışında iştirak edib.

Xəbər lenti

Xəbər lenti