...

Gürcüstanda mətbuat azadlığı orta səviyyədədir - sorğu

Siyasət Materials 6 Oktyabr 2008 14:20 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 06 oktyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan ictimaiyyətinin əksər hissəsi hesab edir ki, Gürcüstanda kütləvi informasiya vasitələrinin azadlığı orta səviyyədədir. 406 respondent arasında "Kviris palitra"nın (Həftənin palitrası) apardığı sorğuya görə, Gürcüstanda mətbuat azadlığının məhz orta səviyyədə olmasını, rəyi soruşulanların 40,9 faizi bildirib.

Rəyi soruşulanların daha 13 faizi hesab edir ki, Gürcüstanda KİV-in azadlığı orta səviyyədən yüksəkdir. Rəyi soruşulanların yalnız 1,9 faizi Gürcüstanda KİV-in tam azad olduğunu bildirib.

Rəyi soruşulanların 21,3 faizi hesab edir ki, KİV-in azadlığı orta səviyyədən aşağıdır,  daha 17,3 faiz Gürcüstanda KİV-in aşağı səviyyədən də aşağı olmasını qeyd edib.

Rəyi soruşulanların 5,6 faizi suala birmənalı cavab verə bilməyib.   

Xəbər lenti

Xəbər lenti