...

Növbədənkənar seçkilər ölkə üçün cinayətdir – Ukraynanın Baş naziri

Siyasət Materials 7 Oktyabr 2008 14:39 (UTC +04:00)

Ukrayna, Kiyev, 07 oktyabr / Trend , müxbir V.Javoronkova/ "Mən qəti şəkildə növbədənkənar seçkilər haqqında danışmaq istəmirəm. Bu ölkə üçün cinayətdir və buna görə də koalisiya yaratmaq istəyirəm", - Ukraynanın Baş naziri Yuliya Timoşenko çərşənbə axşamı Kiyevdə mətbuat konfransında bildirib.

Demokratik koalisiya yaradılmayanadək, heç bir növbədənkənar seçkilər haqqında söz ola bilməz, Timoşenko bildirib.

"Prezident fikrini dəyişərsə, koalisiya yarım saat sonra yaradılacaq", - Baş nazir bildirib. Onun sözlərinə görə, növbədənkənar seçkilərdən sonra bir il ərzində prezidentin parlamenti  buraxmağa heç bir haqqı yoxdur.
 

Ukraynada sonuncu parlament seçkiləri 2007-ci il noyabrın 23-də keçirilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti