...

İranın daxili işlər nazirinin vəzifədə qalması hakimiyyət üçün risklidir - ekspertlər

Siyasət Materials 8 Oktyabr 2008 16:22 (UTC +04:00)
İranın daxili işlər nazirinin vəzifədə qalması hakimiyyət üçün risklidir - ekspertlər

İran, Tehran, 08 oktyabr / Trend , müxbir S.Purheydər, T.Cəfərov / İranın daxili işlər naziri Əli Kordanın vəzifədə qalması Əhmədinejad hökumətinin sıxışdırılması ilə nəticələnə bilər.

"Əli Kordanın Əhmədinejadın nazirlərlər kabinetində qalması hakimiyyət üçün risklidir və onun hökumətinin sıxışdırılması ilə nticələnəcək", - deyə İranın daxili məsələləri üzrə ekspert Cəfər Məhəmmədi çərşənbə axşamı bildirib.

İran mətbuatı oktyabrın 7-də İranın daxili işlər naziri Kordanın istefa verməsi haqda məlumat yayıb. Baxmayaraq ki, Kordan özü bu xəbəri təkzib edib, onun doktorluq diplomunun saxta olmasının sübut olunması, həmçinin parlament nümayəndələrinin bu məsələyə qarşı sərt reaksiyaları Kordanın nazir vəzifəsində qalmasını hökumət üçün probmlemli edəcək.

Məhəmmədi hesab edir ki, qarşıdan gələn prezident seçkilərinə 9 ay qaldığı bir vaxtda Kordanın vəzifədə qalması, çoxlu qarşıdurmalara səbəb olacaq və hakimiyyətin siyasi tənqidçilər tərəfindən sıxışdırılmasına səbəb olacaq.

Kordan daxili işlər nazirliyinə namizəd kimi parlamentə təqdim olunduqdan sonra parlament nümayəndələrindən bəziləri onun fəxri doktorluq diplomunun saxta olduğunu bildirib.

Məhəmmədi bildirib ki, əgər parlament nümayəndələri daxili işlər nazirini parlament qarşısında hesabata dəvət etsələr və ya onu işdən uzaqlaşdırsalar, Əhmədinejad hökuməti uğursuzluqla üzləşəcək. Əks təqdirdə, parlamentin nüfuzu ictimaiyyət qarşısında məhvə məhkumdur.

"Daxili işlər naziri də vəzifəsindən istefa edərsə və ya işdən çıxarılarsa, Nazirlər Kabinetinin artıq bir çox üzvünü dəyişmiş İran prezidenti kəskin tənqidlərlə üzləşəcək. İran Konstitusiyasına əsasən, əgər Nazirlər Kabineti üzvlərinin yarısı dəyişdirilərsə, hökumət kabinetin bütün üzvlərinin səlahiyyətini yenidən təsdiq etmək üçün parlamentə göndərməlidir. Belə olarsa, hökumətin

Nazirlər Kabinetinin aqibətinin necə olacağı heç kəsə məlum deyil", ї deyə Məhəmmədi Tehranda Trend -a çərşənbə axşamı bildirib.

Digər ekspert, İranın Jurnalistlər Birliyinin sədri Əli Məzrui çərşənbə günü Tehrandan telefonla Trend -a bildirib ki, Kordanın hakimiyyətdə qalmasının hökumətin ziyanınadır hazırkı şəraitdə hakimiyyət üçün risklidir.

Məzrui əlavə edib ki, İran rəsmiləri bu məsələ haqda mövqelərini açıq şəkildə jurnalistlərə bildirməlidirlər.

İran İslam Şura Məclisinin (parlament) Tehran üzrə nümayəndəsi Əli Mütəhhəri daxili işlər nazirinin prezidentə ünvanladığı məktubdan sonra jurnalistlərə açıqlamasında bildirib ki, əgər hakimiyyət daxili işlər nazirinin tutduğu vəzifədən kənarlaşdırılması haqda ölçü götürməsə, parlament nümayəndələri Kordanı hesabat vermək üçün parlamentə çağıracaq. O əlavə edib ki, parlament nümayəndələrindən 30 nəfər onun hesabata çağırılması üçün artıq imza toplayıb.

Oktyabrın 5-də İranın daxili işlər naziri Kordan İran prezidenti Mahmud Əhmədinejada məktub yazaraq, fəxri doktorluq diplomunun saxta olduğunu etiraf edib, lakin bildirib ki, diplomun saxta olması barədə yalnız indi bilib. Kordan diplomun saxta olmasında Oxford Universitetinin Tehrandakı nümayəndəsinin günahkar olduğunu qeyd edib.

Londonun Oxford Universiteti Kordanın bu universitetin fəxri doktorluq diplomu alması barədə iddialarını dəfələrlə bəyanat yayaraq təkzib edib. Digər tərəfdən, İranın İslami Azad Universitetinin rəhbəri Abdullah Casbi də bildirib ki, İranın Azad Universiteti Kordana magistratura pilləsi üzrə diplom verməyib.

İran prezidenti cari ilin iyul ayında iqtisadiyyat, daxili işlər və nəqliyyat nazirləri vəzifələrinə öz namizədlərinin siyahısını parlamentə təqdim etmişdi. Daxili işlər nazirliyinə namizəd Kordan və nəqliyyat nazirliyinə namizəd Həmid Behbəhani hakim "Üsulgəra" koalisiyasının hakimiyyəti tənqid edən qanadına yaxın şəxslər sayılırlar. İqtisadiyyat nazirliyinə namizəd Şəmsəddin Hüseyni isə koalisiyanın hakimiyyəti dəstəkləyən cinahına yaxın şəxsdir.

Lakin Kordan həmçinin İran Ali İslam Şurası Məclisinin sədri Əli Laricaniyə yaxın şəxs kimi də tanınır. O, indiyədək İranın neft nazirinin müavini, İran Dövlət Televiziyasında texniki şöbənin sədri və həmçinin Dövlət Televiziyasının İran parlamentindəki maliyyə nümayəndəsi vəzifələrində çalışıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti