...

İranın nüvə məsələsinin "həlli" və ya "dairədə hərəkət" - Trend News-un icmalçısı

Siyasət Materials 9 Oktyabr 2008 13:39 (UTC +04:00)
İranın nüvə məsələsinin "həlli" və ya "dairədə hərəkət" - Trend News-un icmalçısı

Darina İbrahimova, Trend -un Fars redaksiyasının icmalçısı

İran və dünya ictimaiyyəti arasında danışıqlar prosesi getdikcə daha çox dairədaxili hərəkəti xatırladır, bir-birinə bənzər bəyanatlar isə dejavü effekti yaradır.

İndiyədək 2005-ci ildə iranlı diplomatın noutbukundan alınan və ABŞ-ın ittihamlarının əksəriyyətinin əsaslandığı İranın nüvə silahı hazırlaması barədə məlumatların doğruluğu məsələsi hələ də açıq qalmaqdadır.

İran tərəfi indiyədək bu sənədlərin haradan alındığını konkretləşdirməyə çalışır. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktoru öz çıxışında bu sənədlərin doğruluğunu təsdiqləyən sübutların olmasını təkzib edib, İranın MAQATE-dəki səfiri Əli Əsgər Sultaniyə Trend -a müsahibəsində bildirib.

Belə çıxır ki, ABŞ-ın düzgün məlumatı yoxdur. O zaman onun İranda nüvə silahının olmasına və ya silahın yaradılması üzrə işlərin aparılmasına hansı əsasda əmin olduqları qaranlıq qalır.

Yalnız bir məsələ aydındır ї ittihamlar bu sənədlərin əsasında qurulub və bu ittihamlara görə, dünya ictimaiyyəti artıq dördüncü ildir ki, İran ətrafında baş verən hadisələri həyəcanla izləyir.

Sultaniyənin sözlərinə görə, ABŞ-ın tələbi üzrə MAQATE sənədləri tanış olmaq üçün İran tərəfinə təqdim etməyib.

їQərb qorxur ki, İran təqdim edilmiş sənədlərdən nüvə silahının yaradılması üçün istifadə edə bilər, - Sultaniyə bildirib. ї Əgər onlar bəyan edirlərsə ki, bu sənədlər İrandan alınıb, o zaman sənədlərin surəti çıxarılmalıdırї.

Eyni zamanda, ABŞ-ın  MAQATE-dəki səfiri Qreqori Şulte Trend -a müsahibəsində bildirib ki, sənədlər İran tərəfinə təqdim edilib və Tehran mübahisəli məsələləri cavablandıra bilməyib.

їİran müqavimət göstərir və özünün nüvə proqramının hərbi aspektləri ilə bağlı aydınlıq gətirmrї, - səfir Şulte bildirib.

Hər iki tərəfi təmsil edən diplomatların rəyinə görə, heç bir toqquşma nöqtəsi yoxdur. Təəccüblü deyil ki, indiyədək ölkələr nüvə problemi ilə bağlı konsensusa gələ bilməyiblər. Onların hər birinin öz həqiqəti və ya əksinə, yalanı var.

Necə olsa da, İranın nüvə məsələsi hələ də açıqdır və bütün dünyanı narahat etməkdə davam edir. Proqramın hansı inkişaf mərhələsində olması və İranın nüvə silahı almağa nə dərəcədə yaxın olduğu hər kəsə maraqlıdır. Tək İran soyuqqanlıqla bəyanatlarını davam etdirir ki, onun bu məsələ ilə bağlı heç bir problemi yoxdur.

Yekunda, nüvə məsələsinin həlli prosesi qapalı dairədə hərəkəti xatırladır ї hər kəs dairənin müəyyən nöqtəsində öz rolunu oynayır və bu labüd şəkildə təkrarlanan cavab reaksiyasına gətirib çıxarır.

MAQATE və BMT-nin iclasları ilə bağlı bəyanatlar, iclasların özləri, qəbul edilən sanksiyaları nəzərdə tutan və tumayan qətnamələr ї bütün bu hadisələr kaleydoskopda şəkillər kimi dəyişir. Fərq yalnız ondn ibarətdir ki, koleydoskopda şəkillər müxəlif şüşə parçalarından ibarət olursa, İranın nüvə їproblemininї həllinin şəkili monoxromdur.

Rusiyanın təkidi ilə sanksiyaları nəzərdə tutmayan BMT-nin sonuncu qətnaməsinin qəbulundan iki həftə keçməmiş Fransanın xarici işlər naziri Bernar Kuşner bəyan edib ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının növbəti iclası noyabrın 26-da baş tutacaq. Təhlükəsizlik Şurasının növbəti iclasının nəyə gətirib çıxaracağı məlum olmasa da, görünür bu problemin müsbət həllinin mümkünlüyünə dair şübhələr daha da çoxalır.

Hətta NATO-nun Baş katibi açıq şəkildə bildirir ki, BMT-nin İrana qarşı sanksiyalar üzrə vahid rəyə gələ biləcəyinə şübhə edir. їDüşünmürəm ki, dünya İranı öz ambisiyalarının realizəsində saxlamağa qadirdirї, - o çərşənbə günü Fransada keçirilən dünya siyasəti üzrə konfransda bildirib, RİA Novosti xəbər verir.

Bəli, İranın özünün nüvə proqramının həyata keçirilməsi üzrə ambisiyaları var və bundan imtina etməyə hazırlaşmır. İnsanı öz ambisiyalarından imtinaya məcbur etmək çox çətindir. İran kimi dövləti ambisiyalarından imtina etdirmək isə daha çətindir. Bu, demək olar ki, qeyri-mümkündür. Belə ki, heç kim nüvə proqramının hüquqazidd xarakterini sübut edə bilmir. İran nüvə proqramının müstəsna şəkildə dinc xaraketrli olması haqqında öz fikrini yeridir, dünya ictimaiyyəti isə onun hərbi istiqaməti haqqında konkret sübutları hələ də almayıb.

Avropa, ABŞ, BMT Təhlükəsizlik Şurası sonsuz olaraq planlar qura, minlərlə qətnamə qəbul edə, onların bütün vəziyyətdə їdirijorluq etmələriniї düşünə bilərlər. Lakin bütün Qərbi narahat edən bu problemin həlli, nə qədər paradoksal olsa da, Qərbdən asılı deyil. Əslində, hər şey İranın özünün proqramını inkişaf etdirmək və ya etdirməmək istəyindən və onun əməkdaşlığa hazır olub-olmamasından asılıdır... Axı İran nüvə proqramı adlı problemi olmayan yeganə ölkədir. İranın nüvə proqramını dayandırması başlıca maraqlı tərəflər ї Avropa və ABŞ-a Tehrandan daha çox lazımdır. Beləliklə, rəqs gecəsini Qərb deyil, əks tərəf idarə edir.

Vəziyyət o yerə çatıb ki, İranın şəxsi proqramını dayandırması və yalnız Qərbin ona verdiklərindən istifadə etməsi üçün Avropa özü İrana az zənginləşdirilmiş uran tədarük etməyə hazıdır. MAQATE nəzdində az zənginləşdirilmiş uran bankının yaradılması haqqında müzakirələr artıq bir neçə ildir ki, davam edir və bu plan heç zaman həyata keçirilməyə bu qədər yaxın olmayıb.

Belə vəziyyətdə, nüvə proqramı üzərində işləri dayandırmadığı halda İrana mümkün hücum haqqında söhbətlər ümumiyyətlə son dərəcə əsassız görünür. ABŞ daha çox prezident seçkiləri, maliyyə böhranının həlli ilə məşğuldur və o dərəcədə uzun müddətli və ümidsizcəsinə İraqda, Əfqanıstanda ilişib ki, əvvəlcə bundan baş çıxartmaq, sonra isə yeni hərbi əməliyyatlar haqqında düşünmək lazımdır.

Yalnız tez düşünmək lazımdır. Belə ki, ekspert Robert Fridmanın sözlərinə görə, 2009-cu ilin sentyabrına İranın hər nüvə obyektinin ətrafında raket əleyhinə qurğular yerləşdiriləcək ki, bu da həmin obyektlərə hücumu xeyli çətinləşdirəcək.

Dünyaya yeni müharibə lazım olmasa da, İranda nüvə silahının axtarışları təəccüblü dərəcədə İraqdakı vəziyyəti xatırladır. Bu ölkədə baketrioloji silah axtarışı uğurla nəticələnməsə də, iqtisadiyyatının tam məhvinə və ABŞ hərbi kontingenti, eləcə də İraqın dinc sakinləri arasında çoxsaylı qurbanlara gətirib çıxardı.

Ümid yalnız ona qalır ki, İrandakı hadisələr bu qədər dramatik cərəyan etməyəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti