Azərbaycan, Bakı, 10 oktyabr / Trend , müxbir S.Kazımlı/ Sumqayıtda çox sayda qadağan edilmiş müxtəlif dini kitablar, dinlər arasında düşmənçiliyi təbliğ edən rəngli buklet və audio kasset aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, oktyabrın 8-də Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin sakini Zaur Məhərrəmovun evindən 57 ədəd qanunla qadağan edilmiş müxtəlif dini kitablar, 1 ədəd ölkələr və dinlər arasında düşmənçiliyi təbliğ edən rəngli buklet, 7 ədəd disk və 2 ədəd audio kasset aşkar edilərək götürülüb.
Məhərrəmovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində həmyerlisi Nadir Hüseynovun bağ evində saxladığı 1000 ədəd ölkələr və dinlər arasında düşmənçiliyi təbliğ edən rəngli bukletlər aşkar edilərək götürülüb.
Sumqayıt ŞPİ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin qəsəbənin sakini Zaur Əhmədovun evindən 95 ədəd qanunla qadağan edilmiş müxtəlif dini kitablar, 2 ədəd ölkələr və dinlər arasında düşmənçiliyi təbliğ edən rəngli buklet, 11 ədəd disk, 15 ədəd audio və 45 ədəd video kassetlər aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]