...

Azərbaycanın cənub bölgəsində keçirilən sorğu prezident seçkisində hakim partiyanın namizədinin qalib gələcəyini müəyyən edib (video)

Siyasət Materials 10 Oktyabr 2008 14:11 (UTC +04:00)
Azərbaycanın cənub bölgəsində keçirilən sorğu prezident seçkisində hakim partiyanın namizədinin qalib gələcəyini müəyyən edib (video)

Azərbayan, Bakı, 10 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın cənub bölgəsində keçirilən rəy sorğusunun nəticələrinə görə, hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi prezident seçkisində digər rəqiblərinə böyük səs çoxluğu ilə qalib gələcək.

"Prezidentliyə namizədlərdən kimin seçilmə imkanını yüksək qiymətləndirirsiniz - sualına rəyi soruşulanların 407 nəfəri (82,2 faiz) indiki dövlət başçısı İlham Əliyevin adını çəkib", cümə günü Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında sorğunu aparan Cənub Regional Ziyalılar Birliyinin Təşəbbüs Qrupu rəhbəri İltifat Rəhimzadə bildirib.

Trend -un arayışı : Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Cənub Regional Ziyalılar Birliyinin Təşəbbüs Qrupu bir neçə ay əvvəl formalaşdırılıb və qrupda yeddi nəfər təmsil olunur. Qrupun rəhbəri Rəhimzadə 1993-2004-cü illərdə müxalifəti təmsil edən sağ-mərkəzçi Müsavat Partiyasının Lənkəran rayon təşkilatının sədri olub. 2004-cü ildə istefa verərək müxalifətçi sağ-mərkəzçi Azərbaycan Xalq Cəbhəsi Partiyasına keçib və rayon təşkilatına rəhbərlik edib. 2006-cı ildə bu partiyadan da istefa verib.

Rəhimzadə qeyd edib ki, rəy sorğusunda 500 nəfər respondent iştirak edib və sorğu cənub bölgəsinin dörd rayonunda - Lənkəran, Astara, Masallı və Lerikdə keçirilib.

"Soğu hər rayonun 10-15 kəndini əhatə edib. Rəyi soruşulanların əksəriyyəti bitərəf şəxslər olub və sorğu zamanı anonimlik qorunub", - deyə o əlavə edib.

Onun sözlərinə görə, hakim partiyanın namizədindən sonrakı üç yeri isə İqbal Ağazadə (30 nəfər - 6,060 faiz), Qulamhüseyn Əlibəyli (26 nəfər- 5,25 faiz) və Qüdrət Həsənquliyev (10 nəfər - 2,22 faiz) tutublar. Respondentlərin 8 nəfəri (1,62 faiz) heç bir namizədin seçilmə imkanını yüksək qiymətləndirməyib.

"Namizədlərdən kimin Azərbaycanın növbəti prezidenti seçilməsini istəyirdiniz" sualına da rəyi soruşulanların böyük çoxluğu, 402 nəfər (81,01 faiz) indiki dövlət rəhbərinin lehinə səs veriblər. Ağazadə (34 nəfər - 6,87 faiz), Əlibəyli (27 nəfər - 5,45 faiz) və Həsənquliyev (13 nəfər - 2,63 faiz) yenə sonrakı üç yeri bölüşüblər.

"Rəyi soruşulanların böyük əksəriyyəti - 434 nəfəri (87,68 faiz) müxalifət partiyalarının seçkini boykot etməsini pisləyib, 17 nəfər (3,43 faiz) bunu dəstəkləyib, 44 nəfər isə (8,89 faiz) cavab verməkdə çətinlik çəkib", - deyə o əlavə edib.

Respondentlərin 428 nəfəri (86,46 faiz) bildirib ki, seçkini boykot edən müxalifət liderləri seçkidə iştirak etsələr belə, onların heç birinə səs verməyəcəkdilər.

"Müxalifət zəfidir, bu düşərgədə birlik yoxdur və bir-birinə qarşı mübarizə aparırlar. Bu isə müxalifətin nüfuzdan düşməsinə səbəb olub. Cəmiyyət müxalifətin prezident seçkisində iştirak etməsini istəyirdi", -deyə Rəhimzadə bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti