...

Azərbaycan prezidenti Qala qəsəbəsində ilk xəstəxananın açılışında iştirak edib

Siyasət Materials 10 Oktyabr 2008 20:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr / / Oktyabrın 10 - da Bakının Qala qəsəbəsində ilk xəstəxana - 29 nömrəli birləşmiş şəhər xəstəxanasının filialı açılıb.

Prezident aparatının mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edibkzh.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən filialın təcili yardım stansiyası və apteki də var. Yeni səhiyyə müəssisəsi müasir tibbi avadanlıqla təmin olunub.

Prezident və xanımı təcili yardım stansiyası üçün alınmış avtomobilə baxıblar.

Avtomobildə reanimasiya tədbirləri üçün avadanlıq, elektrokardioqraf, qanı oksigenlə təmin edən aparat, qanda şəkərin miqdarının təyin edilməsi üçün avadanlıq, 90 çeşiddə dərman ləvazimatı və sarğı materialları var.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti