...

İranda Azərbaycan prezidenti seçkiləri üzrə səsvermədə artıq 10 faiz seçici iştirak edib

Siyasət Materials 15 Oktyabr 2008 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir T.Cəfərov/ Azərbaycanın İrandakı Fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov bildirib ki, oktyabrın 15- də İran vaxtı ilə səhər saat 8-də Azərbaycanın Tehrandakı səfirliyində təşkil olunmuş seçki məntəqəsində Azərbaycan Respublikasının prezidenti postuna seçkilərə start verilib.

Həsənovun sözlərinə görə, indiyədək seçicilərin 10 faizi seçkilərdə iştirak edib.

"Hazırda biz İranın Qum şəhərində təhsil alan tələbələrin seçki məntəqəsinə gəlməsi üçün avtobuslar təşkil etmişik və onları gözləyirik", - səfir əlavə edib.

Həsənovun sözlərinə görə, səfirliyin konsulluq şöbəsində 252 nəfər Azərbaycan vətəndaşı qeydiyyata alınıb və onlara bildirişlər paylanılıb.

"Konsulluqda qeydiyyata alınmış tələbələrin sayı isə təxminən 200 nəfərdir", - deyə səfir Həsənov telefonla Trend -a bildirib.

Xəbər lenti

Xəbər lenti