...

Prezident seçiləcəyim halda Azərbaycanı GUAM-dan çıxaracam - müxalifətçi prezidentliyə namizəd

Siyasət Materials 15 Oktyabr 2008 12:31 (UTC +04:00)
Prezident seçiləcəyim halda Azərbaycanı GUAM-dan çıxaracam - müxalifətçi prezidentliyə namizəd

Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın müxalifətçi prezidentliyə namizədi, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev səsvermədə iştirak edib.

"Prezident seçiləcəyim halda Azərbaycanı GUAM-dan çıxaracam. Xəzəryanı ölkələrin iqtisadi birliyinin yaradılmasını təklif edəcəm", - Trend -un məlumatına görə, səsvermədən sonra jurnalistlərə Əliyev bildirib.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Əliyev 18 saylı Nərimanov-Nizami Seçki Dairəsinin 26 saylı məntəqəsində səs verib. Səsvermədən sonra Əliyev bildirib ki, Azərbaycanın parlaq gələcəyinə səs verib.

"Prezident seçiləcəyim halda vergi dərəcələrini azaldacam", - prezidentliyə namizəd vurğulayıb.

Əliyev həmçinin qanun pozuntusu qeydə alınmadığını və seçicilərin yüksək fəallıq nümayiş etdirdiklərini qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti