...

Seçkilərin izlənilməsi üzrə Dünya Müşahidəçilər Şəbəkəsində ABŞ-ın nümayəndələri Azərbaycanda seçkidə pozuntularının olmadığını qeyd edirlər

Siyasət Materials 15 Oktyabr 2008 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir N.Musayeva/ Seçkilərin izlənilməsi üzrə Dünya Müşahidəçilər Şəbəkəsində ABŞ-ın nümayəndələri Azərbaycanda seçki prosesinin gedişində pozuntuların olmadığını qeyd edirlər.

ABŞ-ın missiyasının üzvü Belkoq Qvann qeyd edir ki, Azərbaycanda prezident seçkisi qüsursuz şəraitdə keçir. "Seçkilərin izlənilməsi üzrə Dünya Müşahidəçilər Şəbəkəsinin üzvləri, hələ ki, heç bir problem qeydə almayıblar", - Qvann çərşənbə günü jurnalistlərə bildirib. O seçicilərin fəallığını yüksək qiymətləndirib.

Bu gün Azərbaycanda prezident seçkisi keçirilir.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti