...

Axtarışda olan Azərbaycan vətəndaşı Almaniyada saxlanılıb

Siyasət Materials 17 Oktyabr 2008 10:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ Axtarışda olan Azərbaycan vətəndaşı Almaniyada saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən cümə günü Trend -a verilən məlumata görə, Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarışda olan 1952-ci il təvəllüdlü Quliyev Ələddin Ayaz oğlu Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Almaniyada tutulub. Onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti