Azərbaycan, Bakı, 17 oktyabr / Trend , müxbir S.Kazımlı / Bakının Səbail rayonunun ərazisində yerləşən ABŞ səfirliyinin konsulluğunun binasının fotoaparatla şəklini çəkdiyi üçün İran vətəndaşı polis əməkdaşları tərəfindən saxlanılıb.
Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsindən cümə günü Trend -a verilən məlumata görə, oktyabrın 15-də saat 11:00 radələrində rayonun Xəqani küçəsi, 45 ünvanda yerləşən ABŞ-ın Azərbaycandakı səfirliyinin konsulluğunun yerləşdiyi binanın fotoaparatla şəklini çəkdiyi üçün İran İslam Respublikasının vətəndaşı 49 yaşlı Feyzi Gilandeh Abdul Mahammed polislər tərəfindən saxlanılaraq 39-cu polis bölməsinə aparılıb.
Polis bölməsində Feyzi Gilandeh Abdul Mahammed ilə profilaktiki söhbət aparıldıqdan və izahatı alındıqdan sonra, o, sərbəst buraxılıb.
Polis bölməsindən bildiriblər ki, hadisə ilə bağlı aidiyyəti qrumlara məlumat verilib. Faktla bağlı araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]