...

Bakıdakı kolleclərin birində qətl hadisəsi törədən şəxs tutulub (Yenilənib)

Siyasət Materials 20 Oktyabr 2008 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr / T rendNews , müxbir S.Kazımlı / Bakının Xətai rayonunda yerləşən kollecdə qətl hadisəsi baş verib.

Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsindən bazar ertəsi Trend -a verilən məlumata görə, bu gün saat 12:00 radələrində Afiyəddin Cəlilov küçəsi, 22 ünvanda yerləşən Maliyyə Kollecinin 60 yaşlı müəllimi Sabir Musa oğlu Xudiyev bıçaqla qətlə yetirilib.

Polis bölməsindən bildiriblər ki, keçirilmiş əməliyyat nəticəsində Xudiyevi qətlə yetirən, kollecin tələbəsi, Bakı sakini Fərhad Elşən oğlu Məmmədov tutulub.

Hazırda polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Bakının Xətai rayonunda yerləşən Maliyyə Kollecindəki qətl hadisəsinin səbəbi müəyyənləşdirilib.

Polis bölməsindən əlavə ediblər ki, ilkin araşdırma zamanı məlum olub ki, Xudiyev Məmmədovu sıxışdırdığına və dərslərə buraxmadığına görə onlar arasında mübahisə baş verib. Mübahisə zamanı Məmmədov bıçaqla Xudiyevə iki zərbə vurub. Xudiyev aldığı xəsarətlər nəticəsində ölüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti