...

Azərbaycanın müxalifət partiyası həbsdə olan jurnalistin işgəncələrə məruz qalmasında günahkarların cəzalandırılmasını tələb edir

Siyasət Materials 21 Oktyabr 2008 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın müxalif Müsavat Partiyası "Azadlıq" qəzetinin həbsdə olan əməkdaşı Mirzə Sakitin cəza çəkdiyi müəssisədə işgəncələrə məruz qalmasından narahatlığını bildirib.

"Müsavat Partiyası ölkə rəhbərliyindən Mirzə Sakitə qarşı yönəldilmiş provokasiyanın qarşısının alınmasını və günahkarların dərhal cəzalandırılmasını tələb edir", - deyə Partiyanın çərşənbə axşamı qəbul etdiyi bəyanatındna bildirilib.

Trend - un arayışı: Mirzə Sakitin həyat yoldaşı Rəna Zahidova oktyabrın 20 - də keçirdiyi mətbuat konfransında bildirib ki, 14 saylı cəzaçəkmə müəssisəsində jurnalisti döyüblər.

Oktyabrın 20 - də müəssisə əməkdaşları Sakitin başını qırxmaq istəyiblər. həmin gün ad günü olduğundan, Sakit başının qırxılmamasını xahiş edib.

Lakin cəza çəkdiyi 14 saylı müəssisənin bir qrup əməkdaşı onu döyərək başını qırxıb.

Azərbaycanın ədliyyə naziri həbsdə olan jurnalistin döyülməsi məsələsinin araşdırılması üçün göstəriş verib.

"Azadlıq" qəzetinin əməkdaşı Mirzə Sakit 2006 - cı ildə narkotiklərin qanunsuz saxlanmasına görə, məhkəmənin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.

Jurnalist isə, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu iddia edir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti