...

Əfqanıstanın xarici işlər naziri Pakistan prezidenti ilə görüşüb

Siyasət Materials 23 Oktyabr 2008 21:50 (UTC +04:00)

Əfqanıstan, Kabil, 23 oktyabr/ Trend müxbir A.Hakimi/ Əfqanıstanın xarici işlər naziri Spanta Pakistandadır. Əfqanıstan XİN-in rəhbəri ölkələr arasında regional əməkdaşlıq imkanlarının genişləndirilməsinin müzakirəsi üçün çərşənbə günü Pakistan prezidenti Asif Əli Zərdari ilə görüşüb.

Görüş zamanı Spanta bildirib ki, regionda sülhün təmin edilməsinin ən yaxşı üsulu regional əməkdaşlığın genişləndirilməsi və terror təhlükəsinin azaldılmasıdır. Pakistan prezidenti terrorçuluğun iki dövlətin satbiliyini təhdid etməsi və sülhün təminatı üçün üsyançılarla birgə mübarizənin zəruriliyi ilə razılaşıb.

Əfqanıstanın xarici işlər naziri Pakistanın müxalifət nümayəndələri və parlamentin başçısı ilə də görüşlər keçirib.

Əvvəllər Əfqansıtanın rəsmi şəxsləri Pakistan hökumətini ölkə sərhədini keçən üsyançılarla mübarizə aparmamaqda ittiham edirdilər. Hazırda isə iki dövlət maliyyə sektorunda, energetika sahəsində uzunmüddətli əməkdaşlıq planının hazırlanması və ölkələr arasında dəmir yolu əlaqəsinin genişləndirilməsində razılığa gəliblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti