...

Gürcüstan DİN rəhbəri gürcü-osetin münaqişəsində texnika sahəsində olan itkiləri açıqlayıb

Siyasət Materials 24 Oktyabr 2008 03:52 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 oktyabr / Trend müxbir, N.Kirtsxalia/ Gürcüstanın daxili işlər naziri Vano Merabaşvili rəhbərlik etdiyi qurumun gürcü-osetin münaqişəsi zamanı texnikada olan itkilərini açıqlayıb.

Nazirin sözlərinə görə, DİN döyüş əməliyyatları zamanı 2 zirehli maşın, 2 "Pikap", 4  "Uaz" markalı avtomaşını itirib. 

Merabaşvili qeyd edib ki, Rusiya tərəfinin Qorinin ərazisindən götürdüyü zirehli texnika Sxinvalidə baş vermiş müharibədə sıradan çıxmış və təmir üçün Qoriyə gətirilmiş silah-sursatdır.

O vurğulayıb ki, Poti limanında batırılmış gəmilərin heç biri işlək olmayıb. Yalnız işlək vəziyyətdə olan bir kateri polis özü yandıraraq məhv edib.

Məqalə müəllifi ilə əlaqə ünvnanı: [email protected]

Xəbər lenti

Xəbər lenti