Azərbaycan, Bakı, 04 noyabr / Trend , müxbir S.Kazımlı / Bakının Yasamal rayonu ərazisində polis polkovnikinin ölümü ilə nəticələnən yol qəza hadisəsi törədən şəxs tutulub. Bu barədə çərşənbə axşamı Trend -a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, noyabr ayının 3-də saat 21:40 radələrində Şərifzadə küçəsi 148-də ("İnşaatçılar" metrosunun qarşısında) naməlum sürücü müəyyən edilməyən avtomaşınla Qaradağ rayon Polis İdarəsinin şəxsi heyətlə iş üzrə rəis müavini, polis polkovniki 1959-cu il təvəllüdlü Mehdi Zülfüqar oğlu Səfərəliyevi vuraraq hadisə yerindən qaçıb. Nəticədə Səfərəliyev hadisə yerində ölüb.
Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Səfərəliyevi vurub qaçan "VAZ- 2107" markalı 10-RH-932 dövlət nömrə nişanlı maşının sürücüsü 1985-ci il təvəllüdlü Taleh Saleh oğlu Şükürov tutulub. Faktla bağlı araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]