...

Azərbaycan parlamentinin komissiyası İraqdakı sülhməramlıların geri çağırılması haqqında qanun layihəsini təsdiqləyib

Siyasət Materials 10 Noyabr 2008 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr / Trend / müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası İraqdakı azərbaycanlı sülhməramlı qüvvələrin geri çağırılması haqqında qanun layihəsini təsdiqləyib.

"Azərbaycan sülhməramlılarının İraqa 2003-cü ildə göndərilib və orada beş il xidmət etməsi nəzərdə tutulurdu. Bu müddət bu ilin dekabrında başa çatır" bu barədə parlamentin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının bazar ertəsi keçirilən iclasında birinci vitse-spiker Ziyafət Əsgərov bildirib.

Trend -un arayışı: Azərbaycan Silahlı Qüvvələrinin İraqda Çoxmillətli Qüvvələrin tərkibində 150 hərbçisi var.

Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda isə Azərbaycanın 45 sülhməramlısı xidmət edir, həmin əsgərlər Kabil şəhərində post patrul xidməti həyata keçirirlər. Parlament ötən ay Əfqanıstandakı sülhməramlıların sayının iki dəfə artırılması və 90 nəfərə çatdırılması haqda qanun qəbul edib.

Azərbaycan Parlamenti bu ilin martın 4- də Kosovonun birtərəfli şəkildə Serbiyadan ayrılaraq, müstəqilliyini elan etməsindən sonra yaranmış siyasi vəziyyətlə əlaqədar olaraq, vilayətdə xidmət edən 34 azərbaycanlı sülhməramlılarını geri çağırılması haqda qərar qəbul elib.

Əsgərov qeyd edib ki, prezident İlham Əliyev qanunvericilik təşəbbüsü ilə İraqdakı sülhməramlıların geri çağırılması ilə bağlı qanun layihəsini parlamentə göndərib.

"Burada heç bir siyasi motiv yoxdur. Hesab edirəm ki, parlament İraqdakı azərbaycanlı sülhməramlıların geri çağırılmasını dəstəkləyəcək", -deyə o əlavə edib.

Komissiya qanun layihəsini təsdiqləyib və parlamentdə müzakirəyə çığarılmasını tövsiyyə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti