...

Kipr probleminin həlli ilə bağlı danışıqlar bu gün davam etdiriləcək

Siyasət Materials 17 Noyabr 2008 12:35 (UTC +04:00)

Bu gün Şimali Kipr Türk Respublikasının prezidenti Məhmət Əli Tələt ilə Kipr Yunan dövlətinin prezidenti Dmirtis Hristofyas arasında Kipr probleminin həlli ilə bağlı aparılan danışıqlar davam etdiriləcək. Bu barədə Türkiyənin "Timeturk" informasiya agentliyi məlumat verib.

Iki lider bu gün yerli vaxtla saat 16:00-da Levkoşada görüşəcəklər. Bu günkü danışıqlarda "maneələrin həlli mexanizmi" haqqında müzakirələr aparılacaq.

Kipr Aralıq dənizində Türkiyənin 65 kilometrliyində yerləşən və əhalisi yunanlardan və türklərdən ibarət olan bir adadır. 1974-cü ilə qədər adada vahid müstəqil dövlət mövcud idi. Kiprli yunanlar "Enosis" adlandırdıqları və Kiprin Yunanıstana birləşdirilməsini nəzərdə tutan planı həyata keçirməyə başladıqdan sonra, Türkiyənin hərbi müdaxiləsi ilə Kiprin türklər yaşayan hissəsində müstəqil Şimali Kipr Türk Respublikası quruldu. Lakin bu dövlət təkcə Türkiyə tərəfindən tanınır. Beynəlxalq aləmdə isə, adanı təmsil edən dövlət kimi, Kiprin cənubunda qurulan Yunan Kipr dövləti tanınır. BMT və Avropa İttifaqının təşəbbüsləri ilə adadakı iki dövlətin tək hakimiyyət altında birləşdirilməsinə cəhd edilsə də, nəticə yoxdur. Bu təşəbbüslərin ən əhəmiyyətlilərindən biri olan 2004-cü il Annan Planı referendumu da kiprli yunanların rədd etməsi nəticəsində həyata keçirilə bilmədi. Hazırda Kipr Türk Respublikası ilə Kipr Yunan Respublikası arasında danışıqlar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti