...

AŞPA - nın Monitorinq komitəsi Azərbaycanda prezident seçkisinin nəticələrini yüksək qiymətləndirib – vitse - prezident

Siyasət Materials 19 Noyabr 2008 19:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr/ Trend , müxbir İ.Əlizadə/Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsi yekdilliklə oktyabrın 15-də Azərbaycanda keçirilmiş prezident seçkisinin nəticələrini müsbət qiymətləndirib.

"Monitorinq komitəsinin üzvləri prezident seçkisinin nəticələrini müsbət qiymətləndiriblər", - AŞPA-nın vitse-prezidenti, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov çərşənbə günü Parisdən telefonla Trend -a deyib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçirilib. Seçkinin yekunlarına əsasən, Yeni Azərbaycan Partiyasının sədri, prezident İlham Əliyev səslərin böyük əksəriyyətini toplayıb - 88,73 faiz.

AŞPA-nın yanvarda keçiriləcək qış sessiyasında Azərbaycanda prezident seçkisinin nəticələri müzakirə ediləcək.

Seyidov bildirib ki, AŞPA Monitorinq komitəsinin 11 üzvü Azərbaycanda prezident seçkisi haqqında məruzə ilə çıxış edib.

"AŞPA-nın Azərbaycan üzrə məruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova Azərbaycanda prezident seçkisi haqqında hesabat təqdim edib. Çıxış edənlər Avropa Şurasının seçkilər üzrə missiyalarının obyektivliyi barədə mövqelərini ifadə ediblər. Onlar hesab edirlər ki, AŞPA-nın Azərbaycanda prezident seçkisi üzrə müşahidə missiyasının fəaliyyəti yüksək səviyyədə həyata keçirilib. Lakin yekun hesabatlarda subyektiv və ikili standartlar qeydə alınıb. Bununla əlaqədar olaraq, AŞPA-nın Monitorinq komitəsinin üzvləri narahatlıqlarını bildiriblər", - o qeyd edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti