...

Amerika İranı deyil, Rusiyanı hədəfə alib – İran deputatları (video)

Siyasət Materials 21 Noyabr 2008 10:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr/ Trend , müxbir D.Xatınoğlu/ İran deputatları bildiriblər ki, Amerikanın İranı  təhlükə mənbəyi kimi təqdim etmək cəhdləri, region ölkələrini Ruisiya və İrandan uzaqlaşdırmağa, ABŞ - ın öz iqtisadi və geosiyasi nüfuzunu təmin etməyə yönəlib.

"Azərbaycan 21-ci əsrdə - inkişaf strategiyası"  adlı konfransda iştirak etmək üçün Bakıda səfərdə olan iranlı deputatlar Qulamhüseyn Məsudiyyə Reyhan və Sepəh Əcerlu Trend -a müsahibələrində bildiriblər ki, Amerika İranı bəhanə edərək, Rusiyanı təcrid etməyə və beləliklə, region ölkələrində nüfuzunu artırmağa çalışır. Onların sözlərinə görə, Amerika region ölkələrindəki enerji mənbələrini ələ keçirməyə çalışır.

Reyhan bildirib ki, Amerikanın ayağı regiona açılandan, Livandan Əfqanıstanadək bütün ölkələr problemlə üzləşib. "Amerika bütün ölkələrin, xüsusilə İraq, Livan, Əfqanıstan, Gürcustan və hətta Dağlıq Qarabağ böhranının səbəbkardır", - deyə  Reyhani cümə axşamı bildirib.

Amerika 2001-ci ildə Əfqanıstana və 2003-cü ildə İraqa hücum etsə də, hələ də bu ölkələrdə təhlükəsizliyi təmin edə bilməyib. ABŞ rəsmiləri İranı bu ölkələrdə sabitliyi pozmaqda, terroristləri silahlandırmaqda və yersiz müdaxilədə ittiham edib.

Reyhanın sözlrinə görə, ABŞ İranı təhlükəli ölkə kimi tanıtdırmaqla  ona nail olmağa çalışır ki, region ölkələri müdafiə üçün Amerikaya üz tutsunlar. "Buna nümunə kimi, Çexiya və Polşada Amerikanın raket əleyhinə müdafiə sistemi quraşdırmaq məqsədini göstərmək olar. Amerikanın hədəfi, əslində, Rusiyadır", -deyə, Reyhan bildirib.

Əcerlu isə, belə düşünür ki, İranın raketləri təhlükə deyil, müdafiə xarakteri daşıyır. "İran regionda planlarını ideoloji vasiyələrlə həyata keçirir, ABŞ kimi müharibəyə ehtiyacı yoxdur", - deyə cümə axşamı Əcerlu bildirib.

Reyhan bildirib ki, İran çalışır ki, region ölkələrini Amerikanın məqsədindən xəbərdar etsin və digər tərəfdən, iqtisadi, siyasi və mədəni planlarla regionda sülhün bərpasına səy göstərir.

Əcerlunun fikrincə, İran regionda bitərəf ölkə kimi, münaqişələrin həllində böyük və neytral rol oynaya bilər və bu istiqamətdə diplomatik müzakirələrə qoşulmağa maraqlıdır.

Onun sözlərinə görə, İran regionda ən təhlükəsiz və iqtisadi baxımdan sərfəli olan tranzit yolu kimi, enerji dəhlizi ola bilər. "Azərbaycanın Dağlıq Qarabağ problemi və Gürcüstanda vəziyyət göstərir ki, İran region ölkəlrərinin neft və qazını Avropa və digər ölkələrə çatdırmaqda ən təhlüksiz tranzit yoludur. Bu sahədə iqtisadi əməkdaşlıq region ölkələrini yaxınlaşdırmaqda və sülhün bərpasında böyük rolu ola bilər",-deyə Əcerlu hesab edir.

Xəbər lenti

Xəbər lenti