...

Fransa Gürcüstanın Fövqəladə Hallar Departamentinə yardım göstərəcək

Siyasət Materials 21 Noyabr 2008 16:19 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 21noyabr / Trend , müxbir N. Kirtsxaliya / Noyabrın 21-də Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Departamentinin təlim mərkəzində "Gürcüstanın Fövqəladə Hallar Departamentinə yardım" regional layihəsinin təqdimatı keçiriləcək. DİN-dən bildiriblər ki, bu layihə noyabrın 17-dən - 21-dək müzakirə olunacaq.

Tədbirdə məqsəd Tbilisi, Paris, Yerevan və Batumi arasında peyk antennlərinin yoxlanılmasından ibarətdir.

Bundan əlavə, Fransa tərəfi departamentə avadandıq da təqdim edib.

Tədbirdə Gürcüstan daxili işlər nazirinin müavinləri Yeka Zquladze, Şalva Canaşvili və Fransanın səfiri Erik Furnye iştirak ediblər.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti