Türkiyə, İstanbul, 21 noyabr / Trend , müxbir T. Məmmədov/ İstanbulda keçirilən Türkdilli dövlətlərin Parlament Assambleyasının yaradılmasına həsr olunmuş konfransda bu ölkələrin Parlament Assambleyasının yaradılması üzrə saziş imzalanıb. Konfransda 2009 - cu ilin sentyabrında Parlament Assambleyasının növbəti toplantısının Bakıda keçirilməsi qərara alınıb. Bakıda keçiriləcək toplantıya bir çox türkdilli dövlətlərin millət vəkilləri dəvət ediləcək. Toplantıda çıxış edən Türkiyə parlamentinin sədri Köksal Toptan Bakı toplantısına Türkmənistan və Özbəkistanın da qatılacağına ümidvar olduğunu bildirib.
Məqalə müəllifi ilə əlaqə : [email protected]