...

Böyük Britaniyada  xarici vətəndaşlar üçün ilkin şəxsiyyət vəsiqələri hazırlanıb

Siyasət Materials 26 Noyabr 2008 18:33 (UTC +04:00)

Böyük Britaniya, London, 26 noyabr/ Trend , müxbir G. Əhmədova/ Bu gündən etibarən, xarici vətəndaşlar fotoşəkil və barmaq izlərinin qeyd edildiyi  şəxsiyyət vəsiqələri üçün müraciət etməyə başlayırlar. Yeni vəsiqələr xarici vətəndaşların şəxsiyyətinin müəyyənləşdirilməsi ilə yanaşı, qanunsuz bizneslə məşğul olanlara qarşı tədbir görülməsini  asanlaşdıracaq. Xarici vətəndaşların sözügedən şəxsiyyət vəsiqələrini alması zəruridir.  Bununla yanaşı, bu həftə ərzində işçilərin Birləşmiş Krallığa miqrasiyasını tənzimləyən Xal Əsaslı Sistem nəzdində Tier 2 və Tier 5-in tətbiqinə başlanacaqdır.

Şəxsiyyət vəsiqələri xarici vətəndaşların iş və biznes hüququnu göstərməklə, sponsorlar üçün sponsorluq etdikləri şəxslər haqda qeydlərin aparılmasını asanlaşdıracaq. Sponsorlar xarici vətəndaşların əlaqə telefonları və sözügedən vəsiqələrinin nüsxəsini özlərində saxlaya biləcəklər.

Ilk şəxsiyyət vəsiqələri Birləşmiş Krallıqda tələbələrə və evlilik əsasında yaşamaq üçün müraciət edən vətəndaşlara veriləcək.

Yeni gələn xarici vətəndaşlar və Birləşmiş Krallıqda qalmaq müddətini uzatmaq istəyənlər 3 il müddətində vəsiqə ilə təmin olunacaqlar. Hesablamalara əsasən, 2014 -2015- ci illərədək xarici vətəndaşların 90%-i yeni vəsiqə ilə təmin olunacaq.

Noyabrın 27 - dən Xal Əsaslı Sistemin Tier 2 və Tier 5 adlı xidmətləri qüvvəyə minir. Bu tarixdən etibarən, Birləşmiş Krallıq Sərhəd Agentliyi tərəfindən qeydiyyata alınmış yerli iş təminatçıları və sahibkarlar, göstərilən sistem vasitəsilə Birləşmiş Krallığa   qeyri - Avropa ölkələrindən miqrant işçi qüvvəsi  gətirmək imkanı əldə edəcəklər.



Xəbər lenti

Xəbər lenti