...

Bakıda axtarışda olan Türkiyə vətəndaşı saxlanılıb

Siyasət Materials 27 Noyabr 2008 10:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr / Trend , müxbir S.Kazımlı/ Bakı polisi axtarışda olan Türkiyə vətəndaşını saxlayıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən cümə axşamı Trend -a verilən məlumata görə, 31 yaşlı Kabaoğlu Osman Hikmət oğlu Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma (263) maddəsi ilə axtarışda olub.

Türkiyə vətəndaşı Bakının Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti