...

NATO Rusiyanın təzyiqi altında dağılmamalıdır - Gürcüstanın dövlət naziri

Siyasət Materials 28 Noyabr 2008 15:52 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 28 noyabr / Trend müxbir N.Kirtsxaliya/ Gürcüstanın Avropaya inteqrasiya məsələləri üzrə dövlət naziri Giorgi Baramidze Şimali Atlantika Alyansının Rusiyanın təyziqi üzündən dağılacağını güman edir.

"NATO üzvü ölkələri qurumun bu gün bütün vasitələrlə Gürcüstan və Ukraynanın Alyansa üzvlüyünə mane olmağa çalışan Rusiyanın mövqeləri üzündən dağılmasına imkan verməməlidirlər", - Baramidze jurnalistlərlə söhbətində deyib.

Bu günlərdə RF - nın prezidenti Dmitri Medvedyev Gürcüstan və Ukraynanın dekabrda NATO sammitində NATO üzvlüyünə Namizədliklə bağlı Fəaliyyət Planı (ÜFP) almayacağından məmnunluğunu bildirib. O, "bu ölkələrin Alyansa cəlb olunması ilə bağlı azğın cəhdlərə" etiraz edib, Vaşinqtonun qərarını məntiqli addım və "ABŞ tərəfindən Avropanın maraqlarının nəzərə alınması" adlandırıb.

Gürcüstanın parlament çoxluğunda hesab edirlər ki, Rusiya Avropanı manipulyasiya edir və Alyansın Gürcüstan və Ukraynanın NATO - ya üzvlüyü il bağlı başqa mexanizmlər hazırlamalarını qələbə kimi qələmə verməyə çalışır. "Buxarestdəki sammit dəqiq müəyyən etdi ki, Gürcüstan NATO - ya üzv qəbul ediləcək, ÜFP ilə bağlı fikir ayrılıqları olduğundan, başqa mexanizm hazırlanacaq", - Avropaya inteqrasiya üzrə komitənin sədri David Darçiaşvili hesab edir.

"Medvedyevin arzusu bunu özünün qələbəsi kimi qələmə verməkdir və aydındır ki, onun əsası yoxdur", - o qeyd edib.

Amma gürcü müxalifəti hesab edir ki, NATO-nun qərarı tərəflərə interpretasiya üçün zəmin verir.

"Rusiya israr edəcək ki, Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünə mane ola bilib, Tbilisi isə iddia edəcək ki, ÜFP digər real formatla əvəz olunacaq", - parlament müxalifətinin lideri Giorgi Tarqamadze belə düşünür.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti