Əfqanıstanın Qəzni əyalətində üç Taliban üzvü öldürülüb
Əfqanıstan, Kabil, 04 dekabr/ Trend , müxbir A.Hakimi/ Qəzni əyalətinin Andar dairəsində "Taliban" hərəkatının zərərsizləşdirilməsi üzrə keçirilən əməliyyatlar nəticəsində koalisiya qüvvələri tərəfindən üç qiyamçı öldürülüb, biri isə yaxalanıb.
Son zamanlar "Taliban" hərəkatı bu əyalətdə fəallaşıb.
AK-47 və əl qumbarası ilə silahlanan üç qiyamçı talib əməliyyat zamanı koalisiya qüvvələrinə zərbə endirməyə cəhd göstərsələr də, məhv ediliblər. Əməliyyat zamanı əl qumbaraları və digər silah-sursat aşkar olunaraq götürülüb.
"Taliban" hərəkatı nümayəndələri tərəfindən bu hadisə ilə bağlı hələ heç bir reaksiya göstərilməyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı - trend
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq