...

Avropa Birliyinin yeni siyasəti AB-yə üzvlüyün alternativi olmadığı təqdirdə Ukrayna "Şərq tərəfdaşlığı"nı dəstəkləməyə hazırdır - XİN

Siyasət Materials 5 Dekabr 2008 03:14 (UTC +04:00)
Avropa Birliyinin yeni siyasəti AB-yə üzvlüyün alternativi olmadığı təqdirdə Ukrayna "Şərq tərəfdaşlığı"nı dəstəkləməyə hazırdır - XİN

Ukrayna, Kiyev, 04 dekabr / Trend , müxb. Z.Novosvitski/ Avropa Birliyinin yeni siyasəti AB-yə üzvlüyün alternativi olmadığı təqdirdə Ukrayna "Şərq tərəfdaşlığı"nı dəstəkləməyə hazırdır. Bu haqda Ukrayna XİN-in dekabrın 3-ndə qəbul edilmiş Avropa Komissiyasının "Şərq tərəfdaşlığı" Kommünikesinə dair yaydığı şərhdə deyilir.

Xarici münasibətlər və Avropa qonşuluq siyasəti üzrə AB-nin komissarı Benita Ferrero-Valdner Avropa Komissiyasının kommünikesini Avropa parlamentinə və AB-nin Şurasına təqdim edərkən bəyan edib ki, Avropa komissiyası Şərq tərəfdaş ölkələrin səylərini tanımağa çağırır. Sənədə əsasən, Avropa komissiyası assosiasiya haqqında altı Şərqi Avropa ölkəsi ilə yaxın illərdə saziş imzalamağı və onların "Avropa eyniliyini və səylərini tanımağı" təklif edir. Bu ölkələr Belarus, Moldova, Ukrayna, Gürcüstan, Ermənistan və Azərbaycandır. Kommünikedə qeyd olunur ki, yeni razılaşmalar gələcəkdə Avropa Birliyinə birləşmə haqqında zəmanət vermir.

Ukrayna XİN-i dekabrın 3-də Avropa Komissiyasının Polşa və İsveçin AB-nin Avropa qonşuları ilə münasibətlərinin konsepsiyasına dair irəli sürdüyü "Şərq tərəfdaşlığı" Kommünikesini maraqla qarşıladığını bildirir.

Ukrayna "Şərq tərəfdaşlığı"nı dəstəkləməyə və onun bütün elementlərindən praqmatik istifadə etməyə hazırdır. Amma bunun üçün Avropa Birliyinin yeni siyasəti AB-yə üzvlüyün alternativi olmamalı, əksinə, Ukraynanı bu məqsədinə doğru bir qədər də yaxınlaşdırmalıdır.

Xəbər lenti

Xəbər lenti