...

17 illik fəaliyyəti dövründə MDB varlığını sübut edib - MDB İcraiyyə Komitəsinin sədr müavini

Siyasət Materials 8 Dekabr 2008 23:26 (UTC +04:00)
17 illik fəaliyyəti dövründə MDB varlığını sübut edib - MDB İcraiyyə Komitəsinin sədr müavini

Azərbaycan, Bakı, 8 dekabr / Trend , müxbir Ç.Səttarov/ "17 il, MDB-nin varlığına qiymət vermək üçün kifayyət qədər uzun müddətdir. Hamı MDB-nin yaranmasının düzgünlüyünü etiraf edir. Birlik sayəsində ölkələr faciəli hadisələrdən qurtulmağa müvəffəq olublar", birinci gün jurnalistlərə açıqlamasında MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Vladimir Harukin deyib.

Müstəqil Dövlətlər Birliyi 8 dekabr növbəti ad gününü qeyd etdi. MDB-nin 17 yaşı tamam oldu.

2008-ci il ərzində MDB-nin fəaliyyəti yekunları və gələcək təpşırıqları Minskdə 8-9 dekabr tarixində keçirilən MDB-nin inkişafı məsələlərinə dair XİN-ri arası müzakirələr zamanı iştirakçılar baxırlar. .

Harukinin sözlərinə görə, il ərzində MDB dövlətlərində əsasını təşkil edən sənədlərdə (MDB-nin gələcək inkişafı Konsepsiyası və onun reallaşdırması üzrə əsas tədbirlər Planı) əksini tapan bir çox şeyi reallışdarmaq mümkün olub.

Vladimir Harukinin fikirincə, MDB qarşsısında qoyulan tapşırıq, onun bütün orqanlarının müxtəlif istiqamətlərdə konstruktiv tərikibli işlə doldurulmasıdır.

"19 sentyabr Düşənbədə keçirilən "elm ziyalıları və yaradıcılıq Forumu" beynəlxalq gənc inkişafın Strategiyasının işlınməsi təklifini irələ sürmüşdür. Yaxşı və müasir təklifdir. Ümid varıq ki, o Birlik dövlətləri tərəfindən dəstəklənəcək", Harukin deyib.

Siyasi birgə fəaliyyətdən danışan Harukin, iştirakçıların fikirini, dünya siyasəti üzrə razılaşdırılmış yanaşmaların formalaşdırılmasında, xarici işlər nazirləri Şurasının rolunun qaldırılmasının vacibliyini qeyd edib.

MDB İcraiyyə Komitəsinin sədr müavini bildirib ki, MDB-də sədirlik haqqında Vəziyyətin qəbulu ilə bağlı gələn ilin sonuna dək Birliyin bütün baş orqanlarında Moldova Respublikası sədrlik edəcək. Moldova tərəfi indidən buna hazırlaşır. Moldova prezidenti Vladimir Voroninin yanında keçirilən müşavirədə Moldova Respublikasının MDB-də 2009-cu ildə sədrliyi ilə bağlı Milli komisiyanın yaradılması ilə bağlı qərar qəbul edilib. Komisiyaya başçılığı prezidentin özü edəcək. Komissiyanın birinci iclası dekabrın ortalarında keçiriləcək. İclasda Moldovanın sədrliyi ilə bağlı Proqramın təstiqi planlaşdırılır.

Yeni bir yenilik Milli koordinasiyaçı İnstitunun tədbiqi olacaq. O Birliyin effektivliliyin artırılması məqsədilə yaradılıb.

2009-cu ildə MDB dövlətləri Ali orqanların Qaydalırı prosedurlarını razılaşdırmalı və MDB çərçivəsinə qəbul olunan Sənədlərin statusu haqqında Sazişi hazırlamalıdır. Birliyin Nizamnaməsinə və MDB Icraiyyə Komitəsinə dəyişiklərin hazırlanması planlaşdırılı.

Xəbər lenti

Xəbər lenti