...

Ukrayna azərbaycanlıları Milli Məclisdən "Qolodomor"u Ukrayna xalqına qarşı soyqırım kimi tanımağı xahiş edirlər

Siyasət Materials 9 Dekabr 2008 15:32 (UTC +04:00)
Ukrayna azərbaycanlıları Milli Məclisdən "Qolodomor"u Ukrayna xalqına qarşı soyqırım kimi tanımağı xahiş edirlər

Ukrayna, Kiyev, 09 dekabr/ Trend , müxbir Z.Novosvitski/ "Dünya Azərbaycanlıları Konqresinin Ukrayna Nümayəndəliyi" (DAKN) Beynəlxalq İctimai Təşkilatın İdarə Heyətinin üzvləri SSRİ dövründə baş vermiş "Qolodomor"u (aclığı) rəsmi olaraq "Sovet hakimiyyətinin ukraynalılara qarşı soyqırımı" kimi tanımaq xahişi ilə Azərbaycan parlamentinə müraciət ediblər.

DAKN-nin Ukraynadakı saytında bildirilir ki, belə qərar təşkilatın üzvlərinin çərşənbə axşamı keçirilmiş "Qolodomor - Ukrayna xalqına qarşı cinayət" tematik toplantısında qəbul edilib.

"Biz əsl demokratiyanın bərqərar edilməsinə can atırıqsa, o zaman, 1933-cü ildə Ukraynada baş vermiş bu faciənin heç bir millətin başına gəlməməsi üçün istənilən cinayətləri, istənilən tarixi cinayətləri dünya ictimaiyyəti səviyyəsində tanımalıyıq", - DAKN-nin məlumatında bildirilir.

Bu gün Ukraynada 1932-1933-cü illərdə baş vermiş "Qolodomor" zamanı qurbanların sayı barədə birmənalı cavab yoxdur. Müxtəlif məlumatlara görə, bu dövrdə Ukraynada aclıqdan ölənlərin sayı ən azı 8 mln. nəfər olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti