...

"Şərq tərəfdaşlığı"nın uğuru ölkələrin özlərindən asılıdır - Avropa komissarı

Siyasət Materials 9 Dekabr 2008 20:24 (UTC +04:00)
"Şərq tərəfdaşlığı"nın uğuru ölkələrin özlərindən asılıdır - Avropa komissarı

Belçika, Brüssel, 09 dekabr / Trend müxb. A.İsmayılova/ "Şərq tərəfdaşlığı"nın uğuru ölkələrin özlərindən asılıdır. Bunu Cənubi Qafqaz dövlətlərinin xarici işlər nazirləri ilə danışıqlardan sonra Avropa komissarı Benito Ferrero-Valdner deyib.

Cənubi Osetiyada baş verən silahlı qarşıdurmadan sonra, Avropa Komitsəi altı keçmiş Sovet ölkələri ilə "Şərq tərəfdaşlığı" təşəbbüsünü dəstəkləmək qərarına gəlib. Polşa və İsveç Şərq qonşuları üçün vahid forumun - 26 ölkənin, həmçinin Ukrayna, Moldova, Belrus, Gürcüstan, Emənistan və Azərbaycanın daxil olacağı "Şərq tərəfdaşlığı"nın yaranması təklifini irəli sürüblər.

Ferrero-Valdner bildirib ki, AB Şərq qonşuların Avropaya inteqrasiya etmək səylərini tanıyır və "Şərq tərəfdaşlığı" təşəbbüsü bu istiqamətdə atılmış addımdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti