...

Binyamin Netanyahu fələstinlilər ilə danışıqları təxirə salmağı planlaşdırır

Siyasət Materials 12 Dekabr 2008 17:55 (UTC +04:00)

İsrailin Parlament müxalifətinin lideri, "Likud" partiyasının sədri və İsralin Baş naziri postuna real namizəd Binyamin Netanyahu Avropa İttifaqına üzv ölkələrin İsrailə akkreditə olunan səfirləri ilə söhbətdə bildirib ki, onun partiyası Fələstin Administrasiyası ilə danışıqları təxirə salmağı planlaşdırır. Bu barədə cümə günü Ynet agentliyi xəbər verib.

Netanyahu bunu onunla izah edib ki, Qüds əvvəlcə yeni ərəb dövlətinin yaranmasından sonra onun təhlükəsizliyinə ziyan gəlməyəcəyinə əmin olmalıdır.

O, Yaxın Şərq ölkələri, o cümlədən Suriya ilə gələcək sərhədləri müzakirə etməyə hazır olduğunu da bildirib.

Xəbər lenti

Xəbər lenti