...

Con Kerri və Qriqol Mqaloblişvili görüşdən sonra şərh verməyiblər

Siyasət Materials 13 Dekabr 2008 12:15 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Bu gün Gürcüstanın Dövlət Dəftərxanasında ölkənin Baş naziri və ABŞ prezidentliyinə keçmiş namizəd, demokrat senator Con Kerrinin görüşü keçirilib. Jurnalistlər üçün yalnız Baş nazir və senatorun əl görüşməsi açıq olub, sonra isə görüş bağlı qapılar arxasında keçirilib. Təklikdə keçirilən 40 dəqiqədən sonra nə Baş nazir, nə də qonaq görüşü şərh etmək istəməyib.

Senator Kerrinin səfəri ərəfəsində ABŞ səfirliyindən qeyd ediblər ki, o, Tbilisidə

Gürcüstan-Amerika əməkdaşlığı və regionda siyasi vəziyyəti müzakirə edəcək. Kerri 2009-cu ilin yanvarından ABŞ Senatının Xarici Əlaqələr Romitəsinə rəhbərlik edəcək.

Səfəri çərçivəsində Kerri bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili, parlament çoxluğu və müxalifətlə görüşəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti