...

Azərbaycanın müxalif partiyası yeni siyasi qüvvələrin yaranmasını labüd sayır

Siyasət Materials 16 Dekabr 2008 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın müxalif partiyası siyasi meydana yeni qüvvələrin gəlməsini labüd sayır.

"Biz özümüzü Azərbaycan siyasətində yeni qüvvə hesab etdiyimizdən, h?r hans? bir partiya ilə nə birləşmək, nə də seçkilərdə birlikdə iştirak etmək fikrindəyik", çərşənbə axşamı Trend -a Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə bildirib.

Trend ın arayışı: Son 4-5 ildə Azərbaycan siyasətinə yeni qüvvələrin gəlməsi məsələsi geniş müzakirə obyektinə çevrilib. Bu məsələ əvvəlcə siyasi ekspertlər, cəmiyyətin ayrı-ayrı təbəqələri tərəfindən müzakirə olunurdusa, 2005-ci ildə keçirilən parlament seçkilərindən sonra, hətta aparıcı müxalifət partiyaları olan Müsavat, Azərbaycan Xalq Cəbhəsi, Demokrat, Milli İstiqlal partiyalarının funksionerləri də Azərbaycan siyasətində yeni qüvvələrə ehtiyac olduğunu bildirirdilər.

Azərbaycan siyasətində yeni qüvvələrə ehtiyacın olması müxalifət partiyaların?n son dövrdə ölkədə keçirilən bütün seçkilərdə məğlub olmaları, partiyaları qələbəyə apara bilməyən siyasi liderlərin başqaları ilə əvəz olunması və s. məsələlərlə əlaqələndirilir.

Onun sözlərinə görə, DİP-in Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) keçmiş funksionerlərinin yaratdıqları partiyalarla əməkdaşlığı da mümkün deyil: "Həmin partiyalarla bizim siyasi baxışlarımız, platformalarımız, sosial bazamız arasında ciddi fərqlər var. Biz hətta bəzi partiyaların mövqeyinin nədən ibarət olduğunu indiyədək müəyyənləşdirə bilməmişik", - Mollazadə əlavə edib.

DİP sədri deyib ki, partiyan?n əsas məqsədlərindən biri də qadınların siyasi həyatda daha fəal rol oynamasına nail olmaqdır: "Biz DİP-i həm də orta təbəqənin partiyası hesab edirik. Azərbaycanın bölgələrindəki əsas sosial təbəqəmiz isə fermerlər v? iş adamlarıdır", - müxalif partiya sədri qeyd edib.

Demokratik İslahatlar Partiyası (DİP) 2005-ci ildə təsis olunub. Məramnaməsini və fəaliyyət istiqamətlərini liberal dəyərlərin həyata keçirilməsi təşkil edir. Partiyanın sədri millət vəkili Asim Mollazadədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti