...

Gürcüstan-Amerika xartiyası yanvarın 4-də imzalanacaq

Siyasət Materials 25 Dekabr 2008 12:42 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Əməkdaşlıq haqqında Gürcüstan-Amerika xartiyası 2009-cu il yanvarın 4-də imzalanacaq. Gürcüstanın Dövlət Dəftərxanasından verilən məlumata görə, sənədi Vaşinqtonda ABŞ Dövlət Katibi Kondoliza Rays və Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze imzalayacaq.

Xartiya Gürcüstan və ABŞ arasında təhlükəsizlik, iqtisadiyyat və demokratiyanın inkişafı sahələrində əməkdaqlığı nəzərdə tutur. Sənədin yekun variantı hələ hazır deyil.

Gürcüstan prezidenti Mixail Saakaşvilinin əvvəllər verdiyi məlumata görə, Tbilisi Gürcüstan və ABŞ-ın strateji tərəfdaşlığına dair müddəanın xartiyaya daxil edilməsinə nail olcaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti