...

Prokurorluq Yevpatoriyada yaşayış binasının partlaması faktı üzrə cinayət işi qaldırıb

Siyasət Materials 25 Dekabr 2008 18:48 (UTC +04:00)

Ukrayna, Kiyev, 25 dekabr/ Trend , müxbir Z.Novosvitski/ Krım MR Prokurorluğu Yevpatoriyada yaşayış binasının partlaması faktı üzrə cinayət işi qaldırıb.

Ukrayna Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, cinayət işi "əmlakın qəsdən və ya ehtiyatsızlıqdan məhv edilməsi" maddəsi üzrə qaldırılıb.

Baş Prokurorluqda faciənin səbəbləri müəyyən ediləndən sonra işin digər maddə üzrə qaldırılması da istisna edilmir.

Yevpatoriyada Nekrasova, 67 ünvanında yerləşən altı girişli beş mərtəbəli binanın 95 saylı mənzilində partlayış dekabrın 24 - də yerli vaxtla 22.00 - da baş verib.

FHN - nin məlumatına görə, partlayış nəticəsində 35 mənzil (binanın bir və ikinci girişləri) dağılıb və üçüncü girişin mənzilləri ziyan çəkib.

Hadisə nəticəsində 11 nəfər həlak olub, onlardan biri uşaqdır. 21 nəfər xilas edilib. Dağıntılar altında 60 - 62 nəfərin qaldığı ehtimal olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti