...

Gəncədə baş vermiş qətllə bağlı şəhər prokurorluğu rəsmi məlumat yayıb

Siyasət Materials 30 Dekabr 2008 15:06 (UTC +04:00)
Azərbaycan, Bakı,  30dekabr / Trend , müxbir K. Zərbalıyeva/ Bu ilin oktyabrında Gəncə şəhərində baş vermiş qətllə bağlı prokurorluq rəsmi məlumat yayıb.

Gəncə şəhər prokurorluğundan çərşənbə axşamı Trend -a verilən məlumata görə, noyabrın 18-də Gəncə Humanitar Kollecinin yataqxanası yaxınlığında, "Xan arxı" adlanan kanaldan şəxsiyyəti məlum olmayan qadın meyiti  tapılıb.

İlkin araşdırma zamanı öldürülənin 53 yaşlı Gəncə şəhər sakini Cavadova Qənirə Mövsüm qızı olması müəyyən edilib.

Aparılmış istintaqla müəyyən edilib ki, Gəncə şəhər sakini Əliyeva Gülgəz Mansur qızı bu ilin avqust ayında Qənirə Cavadovadan 600 ABŞ dolları məbləğində borc pul alıb.

Cavadova dəfələrlə Əliyevadan borcunu qaytarmağı tələb edib.

Əliyeva borcu verməkdən yaxa qurtarmaq məqsədilə, qardaşı Adil Əliyevlə Cavadovanı öldürməyi planladırıblar.

Borcu qaytarmaq adı ilə Əliyeva oktyabrın 21-də Cavadovanı Gəncə şəhəri, Nizami küçəsi, 9 - cu döngə, 4 saylı ünvanda yerləşən atasına məxsus evə dəvət edib. Bacı - qardaş borcunu almaq üçün gələn Cavadovanı boğaraq qətlə yetiriblər.

Qadını öldürdükdən sonra, üstündə olan mobil telefonunu, qızıl sırğasını, 3 ədəd üzüyünü, yaşadığı mənzilin açarlarını götürüblər.

Bacı - qardaş törətdikləri cinayətin izlərini itirmək məqsədilə, həmin gecə saat 24 radələrində Cavadovanın meyitini əl arabasına qoyaraq,həmin evin yaxınlığından keçən "Xan arxı" adlanan su kanalına atıblar.

Dekabrın 26 - da Adil və Gülgəz Əliyevlər cinayəti törətməkdə şübhəli bilinərək saxlanılıblar.                   Onlar Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.2.1 və 120.2.5) maddələri ilə təqsirli biliniblər və barələrində həbs qətimkan tədbiri seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti