...

Qəzzə qətliamının qarşısı alınmalıdır- İslam Konfransı Təşkilatının Baş katibi

Siyasət Materials 3 Yanvar 2009 14:45 (UTC +04:00)
Qəzzə qətliamının qarşısı alınmalıdır- İslam Konfransı Təşkilatının Baş katibi

İslam KonfransıTəşkilatının Ciddədə  keçirilən fövqaladə toplantısında çıxış edən qurumun Baş katibi  İkmaləddin İhsanoğlu İsraili Qəzzə Zolagında keçirdiyi  hərbi  əməliyyatlara son  qoymağa çağırıb. Bu haqda Əl-Cəzirə telekanalı məlumat verib.

"Qəzzə qətliamının qarşısı alınmalıdır,"- deyə  İhsanoğlu  bildirib. İKT - nin  Baş katibi  ABŞ- ın  yeni prezidenti Barak Oabamaya  müracit edərək, Yaxın Şərqdə baş  verən son  hadisələrin Sülh  danəşıqlarına  böyük  zərbə olacağını bildirib.

Dekabrın 27-də günorta satlarından başlayaraq, İsrailin Hərbi Hava Qüvvələri Qəzzə zolağını raket atəşinə tutublar. Dekarbın 19 - da Həmas təşkilatı və Israil arasında müvəqqəti atəşkəsin başa çatmasından sonra, Həmas dörd fələstinlinin qətlinə cavab olaraq, Israilin Sderot va Aşkelon yaşayış məntəqələrini raket atəşinə tutub.

Israilin keçirdiyi hərbi əmaliyyatlar zamanı 420 nəfər həlak olub, 2000 nəfər yaralanıb.

HƏMAS təşkilatının Qəzzədəki matbuat xidmətindən Trend -a verilən məlumata görə, ölən və yaralananların əksəriyyəti qadın və uşaqlardır. Həmas və Islami Cihad ldierləri İsrail rəsmilərindən Qəzzədə törədilən cinayətlərə görə qisas alacaqlarını bildirblər.

Həmas İsrailin Qəzzə zolağını bombalamasına cavab olaraq ,Sderot və Aşkelon yəhudi məntəqələrinə 60 - a yaxın raket zərbəsi endirib. İsrail hökuməti Aşkelon və Sderotda fövqəladə vəziyyət elan edib.

Məqalə müəllifi ilə əlaqə : [email protected]

Xəbər lenti

Xəbər lenti