...

Rusiyada axtarışda olan şəxs Azərbaycanda tutulub

Siyasət Materials 15 Yanvar 2009 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir S. Kazımlı / Rusiyada axtarışda olan şəxs Azərbaycanda tutulub. Tutulan şəxs adam öldürməkdə və dələduzluqda təqsirli bilinir, cümə axşamı Trend -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

DİN-in məlimatına görə, nazirliyin Baş Cinayət-Axtarış İdarəsi və Beyləqan rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (105-ci) və dələduzluq (159-cu) maddələri ilə axtarışda olan İlqar Əmirov çərşənbə axşamı tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti