Rusiya, Moskva, 16 yanvar/ Trend , müxbir R.Ağayev/ Misirin Qəzzədəki münaqişənin nizamlanması üzrə irəli sürdüyü təşəbbüs münaqişə zonasında atəşin dərhal dayandırılması üçün ən optimal variantdır. Bu barədə jurnalistlərə Rusiyanın xarici işlər naziri Serey Lavrov cümə günü keçirilən mətbuat konfransında bildirib.
"Qəzzədəki münaqişənin nizamlanması təkcə regional deyil, həm də qlobal problemdir. Münaqişənin həlli üçün ən münasib variant Misir prezidentinin irəli sürdüyü təşəbbüsdür", - deyə Lavrov əlavə edib.
Misir təşəbbüsünün əsasını HƏMAS ilə İsrail arasında atəşin dərhal dayandırılması, bütün İsrail qoşunlarının Qəzzədən çıxarılması və blokadanın aradan qaldırılması təşkil edir.
Lavrovun sözlərinə görə, Rusiya münaqişənin bütün tərəfləri ilə daima əlaqədədir və BMT Təhlükəsizlik Şurası və Yaxın Şərq Dördlüyünün qəbul etdiyi sənədləri dəstəkləyir.
"Münaqişənin həllində bütün beynəlxalq qüvvələr və region ölkələri iştirak etməlidir, o cümlədən İsrail ilə danışıqların əlyehinə çıxış edən İran və Suriya", - deyə Lavrov bildirib.
BBC-nin Fələstinin tibb mənbələrinə istinadən verdiyi xəbərə görə, Qəzzədə İsralin apardığ hərbi əməliyyatlar nəticəsində həlak olanların sayı 322 uşaq və 76 qadın olmaqla, təqribən 1200 nəfərə çatıb. Yaralıların sayı 4,5 min nəfərdən çoxdur
İsrailin itkiləri dördü dinc sakin olmaqla, 13 nəfər göstərilir.
Mənqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]