...

Azərbaycan səfirlikləri   20 Yanvar  faciəsinin ildönümünü qeyd edirlər

Siyasət Materials 19 Yanvar 2009 18:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 yanvar/ Trend , müxbir N.Abdullayeva/ Azərbaycan səfirlikləri xaricdə 1990 - cı ildə Bakıda baş vermiş yanvar  faciələrinin ildönümünü qeyd edirlər.

1990 - cı il yanvarın 19- dan 20-nə keçən gecə Sovet ordusu fövqəladə vəziyyət elan etmədən Azərbaycana qarşı hərbi əməliyyatlara başlayıb. Faciə nəticəsində132 nəfər öldürülüb( onlardan 12 nəfəri  qeyri -azərbaycanlıdır), 744 nəfər ağır xəsarət alıb, dörd nəfər itkin düşüb, 400 nəfər həbs olunub. Yanvarın 20-də, fövqəladə vəziyyət elan olunduqdan sonra,  daha 21 nəfər qətlə yetrilb. Rayonlarda (Neftçalada, Lənkəranda) 26 nəfər öldürülüb.

"Belçika azərbaycanlıları  yanvarın 20-də həlak olanların xatirəsini bir dəqiqə sükutla yad edəcəklər", - deyə bazar ertəsi Azərbaycanın Belçikadakı səfirliyindən məlumat verilib.

Səfirlikdən bildiriblər ki, diaspor nümayəndələri faciəyə həsr olunmuş tədbirlərə toplaşacaqlar.

Analoji tədbirlər Azərbaycanın Gürcüstan, İngiltərə, Rusiya, İtaliya və digər ölkələrindəki səfirliklərində də keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti