...

Azərbaycanda hərbi xidmətdən yayınan şəxs Rusiyada tutulub

Siyasət Materials 20 Yanvar 2009 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar / Trend , müxbir S. Kazımlı / Azərbaycanda hərbi xidmətə getməkdən yayınan şəxs Rusiyada tutulub. Hazırda onun ölkəmizə gətirilməsi üçün tədbirlər davam etdirilir, -çərşənbə axşamı Trend -a  Binəqədi rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

RPİ-dən bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Azərbaycan Cinayət Məcəlləsinin hərbi xidmətdən yayınma (köhnə redaksiya ilə 242-ci) maddəsi ilə barəsində axtarış elan olunan 35 yaşlı Bakı sakini İlqam Aşurov bir neçə gün əvvəl Rusiyanın Həştərxan şəhərində tutulub. Onun barəsində 2004 - cü ildən axtarış elan olunub. Hazırda Aşurovun ekstradisiyası üçün tədbirlər görülür.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti