...

Rusiya prezidenti Özbəkistanda səfərdədir

Siyasət Materials 22 Yanvar 2009 18:51 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 22 yanvar/ Trend , müxbir T.Jukov / "Rusiya prezidenti Dmitri Medvedyevin Özbəkistana  rəsmi səfəri başlayıb", - Trend -a Özbəkistan hökumətinin mətbuat xidmətindən məlumat  verilib.

"Özbəkistan prezidenti İslam Kərimov ali qonağı Səmərqəndin hava limanında qarşılayıb. - rəsmi məlumatda deyilir. - Rusiya Federasiyasının prezidenti Dmitri Medvedyev ölkəmizə Özbəkistan prezidenti İslam Kərimovun dəvəti ilə gəlib".

"Özbək-rus münasibətləri müttəfiqlik və strateji  tər'fprinsipləri əsasında inkişaf edir. Yüksək səviyyədə mütəmadi görüşlər ticarət - iqtisadi,  sərmayə, elmi-texniki, humanitar sahələrdə əməkdaşlığı yeni mərhələyə yüksəldir".

Bu gün Səmərqənddə iki dövlət başçısının qeyri-formal görüşü keçiriləcək. Səfərin əsas hissəsi və geniş heyətdə danışıqlar cümə günü Daşkənddə baş tutacaq.

Bu, Medvedyevin Özbəkistana ilk səfəridir. Rusiya prezidenti 2008-ci ilin sentyabrında Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının Moskvada sammitində  Özbəkistana  rəsmi dəvət  alıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti