...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Siyasət Materials 29 Yanvar 2009 10:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar/ Trend , müxbir K.Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 28-də saat 10.50-dən 10.55-dək və 23.43-dən 23.48-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16.50-dən 17.05-dək Goranboy rayonunun Talış kəndi yaxınlığında yerləşən mövqelərdən, yanvarın 29-da saat 00.40-dan 01.00-dək Füzuli rayonunun Aşağı Əbdulrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti