...

Bakıda dələduzluq yolu ilə vətəndaşların külli miqdarda pulunu mənimsəmiş şəxs həbs edilib

Siyasət Materials 30 Yanvar 2009 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar / Trend , müxbir S. Kazımlı / Bakıda avtomobil alıb-satmaq adı ilə vətəndaşlardan külli miqdarda pul alıb mənimsəyən Dəvəçi sakini həbs edilib. Hazırda onun digər belə cinayətlər törətməsi araşdırılır, - cümə günü Trend -a Binəqədi rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

RPİ-dən bildiriblər ki, Bakı şəhər sakini, 32 yaşlı Mehbalı Mehbalıyev polisə müraciət edərək, bildirib ki, ötən ilin fevral ayında Dəvəçi rayon sakini 32 yaşlı Kamran Şükürov onun avtomobilini 13 min dollara sataraq pulunu mənimsəyib. Bakı sakini, 40 yaşlı Lütvi Əliyev də polisə müraciət edərək, ötən ilin oktyabrında Şükürov,  avtomobil almaq adı ilə  onun 23 min dollarını mənimsəyib.

PRİ-dən əlavə ediblər ki, polis əməkdaşlarının əməliyyat - axtarış tədbirləri nəticəsində, Şükürov bir neçə gün əvvəl yaxalanıb və onun barəsində rayon məhkəməsində həbs-qətimkan tədbiri seçilib.

Araşdırma zamanı Şükürovun daha bir vətəndaşın dələduzluq yolu ilə 18 min dollar pulunu mənimsəməsi müəyyən edilib.  

Faktla bağlı Binəqədi RPİ-də iaraşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti