...

"Pejak" qrupunun ABŞ-nın teror təşkilatları siyahısına daxil edilməsi İranla əlaqələrin yaxşılaşmasına yönəlməyib

Siyasət Materials 7 Fevral 2009 09:00 (UTC +04:00)
"Pejak" qrupunun ABŞ-nın teror təşkilatları siyahısına daxil edilməsi İranla əlaqələrin yaxşılaşmasına yönəlməyib

Azərbaycan, Bakı, 6 fevral/ Trend , müxbir D.İbrahimova, T.Cəfərov/ ABŞ Kürdüstanın azad həyat partiyasının ("Pejak") terror təşkilatları siyahısına daxil etməsilə Amerika-iran əlaqələrini yaxşılaşdırmaq məqsədini güdmür, lakin bu addım onların inkişafında müsbət rol oynaya bilər.

İran-türk və İran-iraq sərhədlərində fəaliyyət göstərən "Pejak" qrupu Kürd Fəhlə Partiyası tərəfindən nəzarət olunur və Kürd dövlətinin yaradılması uğrunda mubarizə aparır. Onun düşərgəsi Kandil şəhərində yerləşir.

"Pejak" İranın ərazisində terror aktları həyata keçirir, beləki 29 may 2008-ci ildə sepah qoşun növunə hücüm zamanı 6 hərbiçi həlak olmuş və iki polis yaralanmışdır.

""Pejak" qrupunun ABŞ-nın terror təşkilatları siyahısına daxil etməsi ABŞ-nın İrana qarşı dostluq jesti kimi qiymətləndirilməməlidir", Yaxın Şərq üzrə amerikalı ekspert Stiven Züns Trend a deyib.

ABŞ-nın maliyyə nazirinin müavini Stüart Levi (Stewart Levey) deyib ki, Vaşinqton öz hərəkətləri ilə "Pejak" və KFP arasında olan əlaqələri üzə çıxarır və Türkiyənin öz vətəndaşlarını müdafiə etməsi cəhtlərini dəstəkləyir.

Ekspertlər hesab edir ki, qrup terror təşkilatları siyahısına İranla əlaqələrin yaxşılaşdırılmiası məqsədilə əlavə olunmamışdır.

Zünsun fikirincə, Amerikanın yeni administrasiyası bununla keçmiş prezident Corc Buşun siyasətinə korektivlər etmək istəmişdir.

"Bu addım Buşun "Pejak"ın gizli silahlandırılması siyasətinə korektivlərin edilməsidir. Birləşmiş Ştatlar KFP-nı silahlandırırdı, hansı ki sonra terror təşkilatı elan olunmuşudr", Trend a elektron poçtla San-Fransisko universitetinin siyasət üzrə professoru Züns deyib.

İranın rəsmi şəxsləri bir neçə dəfə ABş-nın bu təşkilata maliyyə yardımı göstərdiklərini barədə bəyanatla çıxış edirdilər. "Pejak" təşkilatının nümayəndələrinədn biri Babryar Qəbər "New York Times"a verdiyi müsahibəsində bildirmişdir ki, təşkilat ABŞ-dan məliyyə yardımı alır. Türkiyənin ABŞ-da səfiri Nəbi Şənsoy 2007-ci ildə demişdir ki, ABŞ KFP silahla təmin edir, lakin ABŞ-nın rəsmi şəxsləri bu məlumatları təksib etmişlər.

"Pejak" qrupunun ABŞ-nın terror təşkilatları siyahısına daxil etməsi göstərir ki, zorakılığı tədbiq edən təşkilatlar bütün millətləri narahat edir. ABŞ rəsmi şəkildə qrupları terror təşkilatları kimi qəbu edir, elektron poçtla Trend a Amerikanın terorla mübarizə proqramı mərkəzinin rəhbəri Ceyms Forest (James Forest) deyib.

Lakin, İran ekspertlərinin fikirincə, ABŞ beləliklə İrana bildirmək istəyidlər ki, Tehrana dostcasına yanaşırlar.

"Pejak"ı terror təşkilatı tanımaqla Vaşinqton Tehrana başa salmaq istəyir ki, ABŞ İranla qarşı durma istəmir və Amerika-iran münasibətlərinin yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə edir, Trend İran-ərəb araşdırmalar mərkəzinin Fransada sədri Əli Nurizadə telefonla deyib.

Amerikalı ekspert Baxqat Qavdat (Bahgat Gawdat) hesab edir ki, Obamanın prezideqnt çeçilməsindən sonra o İrana müxtəlif siqnallar göndərirdə. O bildirirdi ki, "İran açıq olsa" Vaşinqton müsbət çavab verəcək", Trend a elektron poçtla İndiana Universitetinin Yaxın Şərq araşdırmalar Mərkəzinin rəhbəri Həvdat deyib.

Ümumilikdə müşahidəçilər hesab edir ki, "Pejak" qrupunun ABŞ-nın terror təşkilatları siyahısına daxil etməsi İran-amerika əlaqələrinin yaxşılaşdırılmasına xidmət etməyəcək.

Həvdatiın fikirincə, "Pejak" qrupunun ABŞ-nın terror təşkilatları siyahısına daxil etməsi müsbət addımdır, lakin əməkdaşlığın başlanğıcına çxarmayacaq.

Amerikalı ekspert Züns hesab edir ki, "Pejak" qrupunun ABŞ-nın terror təşkilatları siyahısına daxil etməsi müsbət nəticələr verə bilər.

"Bu addım iki ölkənin bir birinə qarşı iddialar siyahısında təkcə bir problemi həll etdi", o dedi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti